Psoriazın bu metodla müalicəsinin pasiyent üzərində NƏTİCƏSİ
Pasient Q.Ə , 1974 təvəllüdlü
Diaqnoz: Psoriaz (2 aya yaxındır, yeni zədələnmədir), dermatoloqun konsultasiyasında olub.
Zədələnmə sahəsi: dirsəklər, əllər.
Differensial diaqnoz üçün histopatoloji analiz qızıl standart olaraq qəbul edilsə də, müayinənin invaziv olması və nəticənin vaxt tələb etməsi bu diaqnostik metodun istifadəsini məhdudlaşdırır (1-4).
Psoriazın diaqnostikasında 2000-ci illərdən etibarən dermoskopik müayinə metodu uğurla istifadə olunur (1, 11, 12).
Psoriazda ən dəqiq dermoskopik əlamət, əsasən də 10 dəfə böyüdən, əl dermoskoplarında görünən açıq-qırmızı rəngdə olan bir fonda homogen, nizamlı paylanmış qırmızı nöqtələr şəklində damarlar və ağ lövhəciklərdir. Bu qırmızı nöqtə və qlobullar histopatoloji olaraq incə uzanmış dermal papilla içindəki uzanmış, qıvrılmış damarların üstən dermoskopik görüntüsünü təmsil edir (1-10).
Pan və onun həmkarları (13) tədqiqatlarında nöqtəvari damarların bütün psoriatik vəziyyətlərdə müşahidə olunduğunu və 63% hallarda isə nizamlı paylandığını qeyd etmişlər. Digər nöqtəvari damarların 31%-i nizamsız yayılmış, 5%-i isə topa şəklində göründüyü bildirilmişdir.
Tədqiqatlar göstərir ki, psoriazın gedişinin ağırlıq dərəcəsi bağırsaq mikrobiotasının pozulması ilə əlaqəlidir, bu da orqanizmdə bəzi immunoloji dəyişikliklərə səbəb olur (20).
Proqressivləşmə dövründə olan psoriaz xəstələrində bifido- və laktobakteriyaların azalması, patogen və şərti-patogen bakteriyaların – hemolizedici E. coli, stafilokokklar, Candida-nın isə artması müşahidə olunmuşdur (13; 16).
Proqressivləşmə dövründə T-limfositlərin (CD3+), T-helperlərin (CD4+), immunrequlyator indeksin (CD4/CD8), proinflamator sitokinlərin (IL 1β, TNFβ) artması, T-killerlərin (CD8+) və antiinflamator sitokinlərin (IL-4, IL-10) azalması müşahidə olunmuşdur (13).
Bağırsaq bakteriyaları tərəfindən hasil olunan qısazəncirli yağ turşuları (SCFAs) T-req. hüceyrələrdəki Foxp3 ekspressiyasını stabilləşdirir, bununla da T-req. hüceyrələrinin funksiyasını stabilləşdirmiş olur (14,17,18,19).
Bağırsaq mikrobiotasının bu effektə malik olmasını və psoriazın gedişatında əhəmiyyətini nəzərə alaraq, müalicədə probiotiklərin istifadəsi məqsədəuygun görüldü. Çünki, son tədqiqatlara görə, dərinin psoriatik zədələnmələrində effektor T-hüceyrələri ilə req. T-hüceyrələri arasında balans pozulduğu üçün, Foxp3 T-req. hüceyrələri tərəfindən IL-17 hasil olunur ki, bunun (IL 17) müxtəlif immunpatoloji (autoimmun) xəstəliklərdə, həmçinin psoriazın patogenezində rolu olduğu məlumdur (14, 15, 16).
Müalicədə istifadə olunan Symbiovital, Symbiolact, Spirulina, Lipiscor (omega-3), B qr. vitaminləri, Rebas, Sanukehl Myc, Sanukehl Coli bağırsaq mikrobiotasını balanslaşdırmaq, qısazəncirli yağ turşularının (SCFAs) hasilatını təmin etmək, bağırsaq keçiriciliyini bərpa etmək məqsədi daşıyırdı.
Bu məqsədlə müalicə dövründə bir ay fasilə ilə 2 dəfə intrayeyunal bifidobakterium tətbiq olundu (qastroskopik yolla nazik bağırsağa bifidobakteriumun nəqli).
Ümumiyyətlə, intrayeyunal bifidobakterium tətbiqi son zamanlar bağırsaqdan asılı immunopatoloji xəstəliklərdə (Haşimoto tireoiditi, psoriaz, Kron xəstəliyi, xoralı kolit, qıcıqlanmış bağırsaq sindromu, dağınıq skleroz, akne, metabolik sindrom – piylənmə, insulin dirənci, ŞD, hiperxolesterinemiya və onun fəsadı olan kardivaskulyar xəstəliklər) uğurla tətbiq olunan mikrobioloji müalicə metodudur.
Bu üsul ilə bağırsağa nəql edilən faydalı bakteriyaların bağırsaq
keçiriciliyinin və baryer funksiyasının bərpasında, şərti-patogen bakteriyaların fəaliyyətini inhibə edərək normal mikrobitanın balanslaşmasında rolu böyükdür.
Bu pasientdə də intrayeyunal bifidobakterium tətbiqi xəstəliyin tez bir zamanda proqressivləşməsinin qarşısını aldı və dəridə olan psoriatik zədələnmələrin sağalmasını sürətləndirdi.
İmmunmodulyator terapiya məqsədilə xəstəyə Guna IL 11, Guna IL 4, Guna IL 10, Rebas təyin edildi.
Bu məqsədlə dəstək müalicə kimi antioksidant, immunmodulyator effekti artırmaq üçün Pascorbin (yüksək doza vitamin C) və ozonterapiya təyin edildi.
Xəstənin dərisindəki psoriatik zədələnmə qısa zamanda (1,5 ay) hormonal, immun supressiv preparatlar və hormonal mazlar tətbiq olunmadan tamamilə sağaldı.
ELMİ MƏNBƏLƏR
1. Клинико-иммунологические и микробиологические корреляции при псориазе. Бабкин А. В; Ефимов О.И; Евдокимов С.К. 2011.
2. Recent Advances in Psoriasis Research, the Clue to Mysterius Relation to Gut Microbiome Int. j. Mol. Sci. 2020, 21(7), 2582.
3. Lowes, M.A.; Russell, C.B.; Martin, D.A.; Towne, J.E.; Krueger, J.G. The IL-23/T17 pathogenic axis in psoriasis is amplified by keratinocyte responses/ Trends Immunol. 2013, 34, 174-181 (Google Scholar) (CrossRef).
4. Gallais Serezal, I.;Hoffer, E.; Ignatov, B.; Martini, E.;Zitti, B.; Ehrstrom, M.; Eidsmo, L.A skewed pool of resident T cells triggers psoriasis-associated tissue responses in never-lesional skin from patients with psoriasis. J. Allergy Clin. Immunol. 2019, 143, 1444-1454. (Google Scholar) (CrossRef).
5. Kanamori, M.; Nakatsukasa, H.; Okada, M.; Lu, Q.; Yoshimura, A. İnduced Regulatory T Cells: Their Development, Stability, and Appications. Trends Immunol. 2016, 37, 803-811. (Google Scholar) (CrossRef).
6. Iizuka-Koga, M.; Nakatsukasa, H.; Ito, M.; Akanuma, T.; Lu, Q.; Yoshimura A. Induction and maintenance of regulatory T cells by transcription factors and epigenetic modifications. J. Autoimmun. 2017, 83, 113-121. (Google Scholar) (CrossRef).
7. Rahman, M.T.; Ghosh, C.; Hossain, M.; Linfield, D.; Rezaee, F.; Janigro, D.; Marchi, N.; van Boxel-Dezaire, A.H.H. IFN-γ, IL-17A, or zonulin rapidly increase the permeability of the blood-brain and small intestinal epithelial barriers: Relevance for neuro-inflammatory diseases. Biochem. Biophys. Res. Commun. 2018, 507, 274-279. (Google Scholar) (CrossRef) ( PubMed).
8. Martin, A.M.; Sun, E.W.; Rogers, G. B.; Keating, D.J. The influence of the Gut Microbiome on Host Metabolism Through the Regulation of Gut Hormone Release. Front. Physiol. 2019, 10, 428. (Google Scholar) (CrossRef)
Arzu Quliyeva, qastroenteroloq, Bioloji Təbabət klinikası