İnsanlar adətən ya sol, ya sağ tərəfdə kəskin, tutmaşəkilli ağrı, sancıdan şikayətlənir. Ağrının yerinə və yayıılmasına görə, kəskin və xroniki patologiyaların təxmini bilmək olur.
Adətən insanlarda daha çox sağ tərəf ağrıyır. Çünki o hissədə vacib daxili orqanlar daha çoxdur.
Medicina.az xəbər verir ki, sağ böyürdə ağrı ağciyərlərdən tutmuş qaraciyər və böyrəkdən qaynaqlana bilər.
Eləcə də sağda ağrı nazik və yoğun bağırsağın iltihabı, öd kisəsi və yollarının iltihabı prosesi olan xolessistitin əlamətidir.
-Əgər ağrı qarın və yuxarı hissədədirsə, mədə, qaraciyər, 12 barmaq bağırsaq, ağciyər və hətta miokard infarktının tipik olmayan yerləşməsindən şübhələnmək lazımdır.
-Əgər ağrı qarının ortasında, böyürdən ortaya doğru yayılırsa, nazik və yoğun bağırsaq, sidik sistemi, xroniki appendisitdən şübhə olur.
-Əgər ağrı qasığa yaxındırsa o zaman yırtıq, sidik kisəsi və yolları xəstəliyi, yoğun bağırsaq yoxlanılır.
-Əgər ağrı düz böyürdən belə doğru yayılırsa o zaman böyrəklərdə narahatlıq var.
-Hazırda sağ tərəfdə kəskin ağrılar daha çox qaraciyər hepatitlərində özünü göstərir. Hepatit varsa, yanaşı olaraq sarılıq, halsızlıq, zəifləmə, arıqlama, həzmdə problem də olur.
-Öd kisəsi kolikləri öddən kiçik daş və çöküntünün öd yollarına düşməsindən də qaynaqlanır
-Bağırsaq xəstəlikləri və iltihabı zamanı ağrı sağ qabırğaaltından başlayır, aşağıya doğru yayılır. Yanaşı olaraq qusma, ürəkbulanma, köp, titrətmə ola biər.
-Qasıq yırtığı zamanı ağrı ayağa vurur, ağır əşya qaldırdıqda, pilləkən çıxıb-düşdükdə kəskinləşir.
-Böyrək ağrıları tutma şəkili olur, belə vurur. Xəstədə ürəkbulanma, qusma, sidikdə çətinlik, gözaltı torbalar, qaralma, baş ağrısı müşahidə olunur.
İstənilən halda, sağ böyürdə ağrılar daimi hal alıbsa və sizi narahat edirsə, terapevt müayinəsi, sidik və qan analizi, eləcə də bir USM müayinəsi ilə hər şey öz yerini alacaq və ağrının mənbəyi tapılacaq.
Mə ndə sag tərəfdə qabırğamın altı arxa tərəf sancır elə olur tərpənə bilmirəm
Salam mende 3 gundu qarnimda kop var sag terefinden qabirgafan asagi agrilar im Cox alib ayagimda vurur agrisi
Mende sag qabirfanin awagisi sancır bu neden olar?
Salam mende 10 gun olarki sag yuxari terefde agrilar olur axsam yatanda kesir oturanda cox agriyir neyle elaqeli ola biler? zehmet deyilse deyerdiz
Sag terefde bugun agri olub dõş hisesi ne ola biler
Sol terefde agri olur uwutme olur geceler agri cox narahat edir agri tutma wekilli olur
Mənim sagtərəfimdə arxa böyürdə agrılar olur nəylə əlaqədar olar
Tez tez 1-2dəqiqədən çox olmayan belin sağ tərəfində böyrəyin üstündən başlayaraq bir xətlə çiyinə kimi pristup tutması hansı xəstəliyin əlamətidir? Bəzən həftədə 1-2dəfə belə olur həmin an öskürək tutur və onunla rahatlaşır nəylə bağlı ola bilər?
Unvanl yazardlzda
Salam. Mənim sağ tərəfim 1 həftə olar ki yüngül sancı kimi ağrıyırdı. İndi ağrılar çoxalıb. Hətda asqıra, dərindən nəfəs ala bilmirəm. Bu nədən ola bilər? Nahar vaxtı çörək tikəsin böyük uddum və 1 saat sonra bu ağrı əmələ gəldi eləcədə davam edir.
Salam.Mən hepatit b xəstəsiyəm.Qan analiz yaxşıdı üzidə yaxşıdı ama sağ qabırğa altında aqrı olur kürəyimə vurur bu nədən ola bilər zəhmət olmasa deyərdiz.
Əla