Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sadəcə yazışmaq xəyanət hesab olunurmu? – Alimlər açıqladı

  • 2024.01.27 22:11
  • 2450 Baxış
Sadəcə yazışmaq xəyanət hesab olunurmu?  – Alimlər açıqladı
Bu gün cütlüklər daha çox mikroxəyanətlə üzləşir və bunun qurbanı olur.



“Medicina” xəbər verir ki, alimlər gizli yazışmanın xəyanət hesab edilib-edilməməsinə aydınlıq gətirib.

Mikroxəyanət – parntyorlardan birinin gizli olaraq, telefon və ya sosial şəbəkədə üçüncü bir şəxslə ünsiyyəti, söhbətidir.

Bəzən bu dostluq, tanışlıqdan başlayıb, nəzarətdən çıxır və uşaqlıq xatirələrini, xarakter və arzuları bölüşməyə çatır.

Hər ikisinin hobbi və maraqları uyğun gələndə yaxınlaşma və bağlanma faktoru yaranır.
Ümumi zarafatlat, memlər, arzulamalar, ümumi mövzular getdikcə onları real partnyordan uzaqlaşdırır.


Adətən kişilərə elə gəlir ki,bu baş verənlər ciddi əhəmiyyətli bir şey deyil və nə vaxtsa bitəcək.
Amma əgər siz telefona parol qoyur, ekranı çevirir, gecələr gizlicə yazır, səsli bildirişləri söndürürsüzsə, danışdığınız adamı tanımadığınız, dostunuz və ya kolleqanız olduğunu deyirsizsə, bu mikroxəyanətdir.

Bu yazışma onu göstərir ki, siz emosional, intelektual və fiziki olaraq başqa adama diqqətinizi yönləndirmisiz və beyniniz onunla məşğuldur.

Çox zaman bu yazışmalar real və açıq flirt və görüşə keçməsə də, ürəyinin dərinliyində bunu arzulayır, hazırlaşır, lakin tələsmirsiz.

Gizlilik və münasibətlərdə yalan mikroxəyanətdir və bunu hər cütlük öz mənafeyi çərçivəsində həll edir. Psixoloqlar bunu qəbul etmək və ya bağışlamamaq barədə fikir bildirə bilməz.

Aygün