Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sadəcə peyvəndləri istəyirik - ÜST rəhbəri

  • 2021.09.09 09:54
  • 1169 Baxış
Sadəcə peyvəndləri istəyirik -  ÜST rəhbəri
Qlobal miqyasda 5,5 milyard dozada koronavirus əleyhinə peyvənd vurulub.

Medicina.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus deyib.

O bildirib ki, koronavirus əleyhinə peyvəndlərdən istifadə əsasən yüksək və orta gəlirli ölkələrin payına düşür:

“Heç bir aşağı gəlirli ölkə müəyyən olunmuş hədəfə çatmadı. Amma bu, onların günahı deyil. Peyvənd bərabərliyi ilə bağlı çox danışıldı, lakin olduqca az iş görüldü. Yüksək gəlirli ölkələr 1 milyarddan çox peyvənd dozası bağışlayacaqlarına söz verdilər. Amma bunun yalnız 15 faizini reallıqda gördük. İstehsalçılar, COVAX aşağı gəlirli ölkələrə üstünlük veriləcəyini söylədilər. Daha vədlər eşitmək istəmirik. Sadəcə peyvəndləri istəyirik. İndi boş vədlərin deyil, liderliyin zamanıdır”.