Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Ucların haçalanması hansı xəstəliklərin əlamətidir? Saçqıranlarla mübarizə

  • 2019.10.31 16:51
  • 5285 Baxış
 - Ucların haçalanması hansı xəstəliklərin əlamətidir?  Saçqıranlarla mübarizə

Haçalanan saçlar saç uclarının və ya spiralının ikiyə bölünməsi ilə müşahidə olunur. Bu adətən quru saçlarda meydana çıxır. Saçqıranlı saçlar cansız görünür, dolaşır və zəif olur.
Saçların laylanması onların tez qırılmasına, tökülməsinə gətirib çıxarır.

 

Medicina.az xəbər verir ki, saçlara düzgün qulluq və onların tez qırılmasına səbəb olan faktorların (stress, balanslaşdırılmamaış qidalanma, bəzi dərmanların qəbulu, qeyri-düzgün boyama, kimyəvi maddələr vasitəsilə burulma, xlorlaşdırılmış su) aradan qaldırılması, problemdən qaçmağa imkan verir.

 

 

Haçalanan saçlar patologiya deyil, lakin çox vaxt bu daxili orqanların xəstəliyindən də xəbər verir.

 

Haçalanan saçların əsas səbəbləri nazik və quru olmasındadır. 20-30 sm-dən uzun olan saçlar ilk növbədə həyat tsiklinin xüsusiyyətlərinə görə haçalanmağa meyillidirlər. Öz çəkisinin ağırlığı, follikullara uzunmüddətli zərərli təsir nəticəsində saçlar öz əsasında haçalanır və strukturu pozulur. Belə ki, saçların yaşam müddəti orta hesabla 7 ildir. Stresslə birdəfəlik yüklənmə, məsələn, pis rəngləmə nəticəsində haçalanan saçlar sizə uzun müddət narahatlıq verə bilər.

 

Aparılan araşdırmaların nəticələrinə əsasən, kimyəvi maddələr vasitəsilə burulması, temperatur fərqi, əlverişsiz ekoloji şərait onların haçalanmasına gətirib çıxarır. Xlorlaşdırılmış və çirkli su, ultrabənövşəyi şüaların təsiri, bəzi dərman maddələrinin qəbulu, balanslaşdırılmamış qidalanma saçların vəziyyətinə mənfi təsir göstərir.
Bir neçə səbəbin kombinasiyası saç uclarının haçalanma ehtimalını artırır. Fenlə qurutma zamanı saç təkcə isti havanın təsirinə deyil, həm də darağın isti dişləri ilə travmaya məruz qalır. Buna görə də saçların qeyri-düzgün qurudulması saç spiralının zədələnməsinə gətirib çıxarır.
Haçalanan saçların müalicəsi
Saçların haçalanması səbəbinin korreksiyası və xarici defektlərin dəf edilməsinə yönəlmiş kompleks terapiya mütləqdir.

 

Haçalanan saçların müxtəlif müalicəvi saç kəsimi metodlarından istifadə etməklə kəsilməsi, onların uclarının haçalanmasının qarşısının alınmasına imkan verir. Lakin bu problemi həll etmir.
Qida rejimini normallaşdırmaq, saç strukturunun yaxşılaşdırılmasına yönəlmiş kompleks vitaminlər qəbul etmək mühümdür. Saçların uclarına qoruyucu vasitələr sürtməklə onların strukturunun yaxşılaşdırılmasına yönəlmiş müalicə proqramları saçların haçalanmasını azaldır.
Follikul zədələndiyindən saçlar haçalanırsa, follikulun sağlamlaşdırılması və yenilərinin böyüməsinin stimulyasiyası saçların ümumi miqdarının artmasına imkan verir. Davamlı nəticə almaq üçün bir neçə il ərzində müntəzəm müalicə keçmək və zədələyici faktorlardan tamamilə imtina etmək lazımdır. Yalnız bu halda yenidən inkişaf etmiş saçlar qırılmağa meyilli olmur.

 - Ucların haçalanması hansı xəstəliklərin əlamətidir?  Saçqıranlarla mübarizə
 - Ucların haçalanması hansı xəstəliklərin əlamətidir?  Saçqıranlarla mübarizə