Stress və genetik amillər də daxil olmaqla, saçların zəif uzanmasının bir çox səbəbləri var. Saçların 20-25 ildən bir təzələnməsinə baxmayaraq, tez uzanmasını təmin etmək üçün bir sıra üsullar mövcuddur.
Medicina.az xəbər verir ki, əvvəlcə saçlar həftədə 2 dəfədən az olmamaqla isti yağla masaj olunmalıdır.
Lakin yağlardan əlavə, saçları uzatmaq üçün bir çox başqa üsullar da mövcuddur.
Soğan:
Soğan suyunu istifadə etdiyiniz şampuna qarışdırın. 15 gün saxlayın. Sonra istifadə etməyə başlayın. Daha sonra saçlarınızı mütəmadi olaraq həmin şampunla yuyun. Bu metod yalnız saçları uzatmır, həm də onlara canlılıq verir.
Limon və soğan:
Eyni miqdarda limon və soğanı şüşə qabda qarışdırın. Saçlarınızın dibini bu qarışımla masaj edin.
Hamiləlik əleyhinə dərmanlar
4-5 ədəd hamiləlik əleyhinə həbi əzərək şampuna qarışdırın. Bu üsulla saçlarınız sürətlə uzanacaq və daha sağlam olacaq.
Kartof suyu:
Kartof qaynadarkən onun suyunu tullamayın. Soyudun və saçlarınızı bu su ilə yaxalayın. Bu, onların sürətlə uzanmasını təmin edəcək.
Arzu
Medicina.az