Mayonez dünya mətbəxində ən çox istifadə olunan souslardan biridir. Xüsusilə fast-food restoralarında daha çox istifadə olunur. Lakin mayonez qidalardan əlavə, bədən baxımında da istifadə olunur.
Medicina.az mayonezin bədən baxımında necə istifadə olunduğuna dair bir neçə üsulu təqdim edir.
Dırnaqlarınız tez-tez qırılırsa, yaxud qırılmağa meyillidirsə, mayonezlə evdə manikür edin. Dırnaqlarınıza mayonez çəkin, 5 dəqiqə gözləyin, sonra yuyun. Bu üsulla dırnaqlarınız daha güclü və daha sağlam olacaq.
Əgər dəriniz çox qurudursa, mayonezin içinə1 çay qaşığı zeytun yağı əlavə edin. Qarışımı quru nahiyələrinizə çəkin və təxminən 10 dəqiqə gözləyin. Sonra nəm parça ilə silərək təmizləyib. Mayonezdəki yağ və sirkə dərinizi nəmləndirəcək və dəri tökülməsinin qarşısını alacaq.
Bədəninizdə yaranmış gün yanıqlarını və ağrılarını az da olsa yümgülləşdirmək istəyirsinizsə, həmin nahiyələrə mayonez çəkə bilərsiniz. Mayonez zədələnmiş nahiyəni rahatladır və yanma hissini azaldır. Mayonezin tərkibindəki sirkə ağrını azaltmaq üçün təbii anesteziyadır.
Saçınıza yapışmış saqqını rahat çıxarmanın ən yaxşı üsulu mayonezdir. Saçınıza saqqızın yapışdığı hissəyə az miqdarda mayonez çəkin və əlinizlə masaj edin. Bununla mayonez saqqızı yumşaldacaq və heç bir iz buraxmadan çıxmasına kömək edəcək.
Quru və elektriklənən saçlarınız varsa, mayonez bu məsələdə də dadınıza yetişəcək. Etməli olduğunuz şey gündəlik saç kreminizi mayonezlə əvəzləməkdir. Mayonezdəki yumurta sarısı və sirkə saç dərisini pul-pul tökəcək və saçların uzanmasına yol açacaq. Nəticədə daha yumşaq və parlaq saçlarınız olacaq.
Əgər uşağınız evinizdəki divarları rəngləyibsə, yaxud divarınıza hər hansı rəng düşübsə, həmin yerə mayonez çəkin və 5-10 dəqiqə gözləyin. Daha sonra təmiz bir parçayla silin. Beləliklə mauonez boyanın dağılmasına mane olaraq divarları təmizləyəcək.
Mayonez dünyada ən yaxşı və təbii gümüş parladan vasitədir. Gümüş əşyalarınızın parıldamasını istəyirsinizsə, mayonezi qaşıqlarınıza və çəngəllərin uclarına yumşaq şəkildə bir parçayla çəkin. Daha sonra durulayın. Mayonezin içərisindəki limon sayəsində gümüşləriniz par-par yanacaq.
MEDİCİNA.AZ