Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Saçlarınız erkən ağarırsa mütləq oxuyun!

  • 2019.10.29 14:03
  • 9005 Baxış
Saçlarınız erkən ağarırsa mütləq oxuyun!

35-40 yaşından sonra insanların əksəriyyətində saçlar ağarmağa başlayır.
Bu prosess getdikcə sürətlənir. Saçların ağarması orqanizmin ümumi qocalması ilə bağlı olan təbii prosesdir.


 


 


Medicina.az xəbər verir ki, hər bir saç soğanağında xüsusi hüceyrələr var ki, bu hüceyrələr
melanin piqmentini ifraz edir. İnsan yaşa dolduqca piqmentin ifrazı
tədricən azalır və daha sonra tam dayanır. Nəticədə saçlar ağarır. Bu
normal fizioloji prosesdir.


 


 


 


 


 


 


Lakin bəzən insanın saçları çox tez, hətta 20-30 yaşlarında
sürətlə ağarmağa başlayır. Bu saçların vaxtından əvvəl ağarması sayılır.
Belə ağarmanın səbəbləri müxtəlifdir. Əsas səbəblərindən biri
irsiyyətdir. Əgər sizin valideynlər və yaxın qohumlarınızda saçların
vaxtından əvvəl ağarması müşahidə olunurdusa, çox güman ki, sizin
saçlarınız da tez ağaracaq.


 


 



Lakin bəzən saçların vaxtından əvvəl ağarmasının səbəbi orqanizmdə gedən hər hansı pozulma ola bilər. Bu pozulmalar arasında:


 



- vitamin və mineralların kəskin çatışmamazlığı (pis qidalanma,
pəhrizlər, mədə-bağırsaq sistemi ağır xəstəlikləri və s. nəticəsində)


 


 


- qalxanvari vəzi fəaliyyətinin pozulmaları


 


 


- qara ciyər və böyrək xəstəlikləri


 


 


- ürək-damar sistemi xəstəlikləri


 


 


- maddələr mübadiləsi proseslərinin pozulmaları


 


 


- çox güclü stress


 


 


- xroniki yorğunluq, orqanizmin fiziki və emosional tükənməsi.


 



 


 


 

Beləliklə, saçların vaxtından əvvəl ağarması hər hansı
xəstəliyin və ya pozulmanın simptomu ola bilər. Bu səbəbdən saçlarınızın
vaxtından əvvəl və çox sürətlə ağarmasını müşahidə edirsinizsə, mütləq
həkimə müraciət edin və müayinələrdən keçin.

Saçlarınız erkən ağarırsa mütləq oxuyun!
Saçlarınız erkən ağarırsa mütləq oxuyun!