Saç tökülməsinin bir çox səbəbi var. Xüsusilə də qan azlığı, yanlış saç düzümü və su içməmək saç tökülməsinə səbəb olur.
Bəs saçları necə qorumaq olar?
Medicina.az bununla bağlı mütəxəssislərin tövsiyələrini təqdim edir:
- Yaşıl tərəvəzlər və meyvələr tökülmənin qarşısını ala bilər.
- Stress saç tökülməsini sürətləndirir. Buna görə də streslə mübarizə üsulları və kifayət qədər yuxu saç tökülməsinin qarşısının alınmasında mühüm rol oynayır.
- Kimyəvi tərkibli məhsulların istifadəsini məhdudlaşdırmaq lazımdır.
- Saç dərisinin təbii yağını qorumaq üçün saçları ilıq su ilə yumaq məsləhətdir.
- Saça qulluq vasitələrini düzgün seçmək və təbii yağlardan istifadə saç tökülməsinə qarşı təsirli ola bilər.
- Saçınızı keyfiyyətli daraqla yavaş şəkildə darayın.
- Saç fenindən tez-tez istifadə etməyin.
- Sağlam qidalanın.
- Çoxlu su için.
- Siqaret çəkməyin.
- Bütün bunlara rəğmən saçlarınız tökülməyə davam edirsə, həkim və ya dermatoloqla məsləhətləşin.
Aysel