Saçların vaxtsız ağarmasına səbəb çox vaxt genetikanı əsas götürürlər. İddia edirlər ki, belə ağarmanın qarşısını almaq olmur.
“Medicina” xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, əslində saç ağarmasının qarşısını almaq mümkündür.
Bunun isə 3 yolu var:
1. Mis və sink çatışmazlığının qarşısının alınması- sağlam saçlar üçün vacib elementlərdir.
2. Vitamin C və Koenzim Q(10) antidoksidantların qəbulu. Məhz bunlar saçların ağarmasına səbəb olan oksidləşməni dayandırır.
3. L – tirazinin Amin turşusu qəbulu. Melanin piqmentinin miqdarı ondan asılıdır. Bu da saçın təbii rənglənməsini təmin edir.
Aynur Məmmədova