Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

– 11 SƏBƏBSaçlarımız niyə tökülür?

  • 2019.09.20 15:34
  • 7800 Baxış
 – 11 SƏBƏB Saçlarımız niyə tökülür?
Saç baxımı və saç gözəlliyi qadınların ən çox diqqət yetirdiyi şəxsi qulluq sahələrindən biridir. Ona görə də saç tökülməsi problemi qadınlar üçün böyük əhəmiyyət kəsb edir. Saç tökülməsi bir çox problemə səbəb ola bilər. Saç tökülməsinin bəzi hallarda xüsusi xəstəliklər baş verdikdə yarana bilir. Gündə 50-100 ədəd saç teli tökülməsi normal sayılır. Lakin, tökülmə bu saydan yuxarı qalxdıqda, saçları əlinizlə yüngülcə çəkdikdə 4-5 saç teli və ya alnında, alnın üst hissəsində seyrəlmələr görüldükdə mütləq həkimə müraciət etmək lazımdır. Saç tökülməsi əsas səbəbləri bunlardır:


1. İrsi saç tökülməsi Bu tip tökülmələr əsasən kişilərdə daha çox yaşanır. Başla alın birləşdiyi nahiyədən geriyə doğru saç tökülməsi asanlıqla görülə bilir. İrsi saç tökülməsi saç tökülməsinin ən çox yayılmış növüdür. Bu dağılmada genetik meyl və androgen hormonları (kişilərdə), xüsusən dihidrotestesteron rol oynayır. İrsi saç tökülməsində, kişilərdə alnındakı saç xətti geri çəkilir və baş dərisinin yuxarı hissəsi qısa zaman kəsiyində tüksüz qalır. Qadınlarda, alın xəttini aşmadan baş dərisində, xüsusən incə saçların tökülməsi yuxarıdan ətrafa qədər aydın görülür. Tablet, sprey və və ya təbii məhsullar istifadə edərək saç tökülməsinin qarşısı alına və ya qismən azalmasına nail olmaq mümkündür. Saçların tamamilə töküldüyü və qalıcı bir fəsad əmələ gəldiyi halda saç köçürülməsi üçün həkimə müraciət olunmalıdır . 2. Yanlış pəhriz Balanssız diyetlər və xüsusən də zülalsız qidalanma saç köklərinin zəifləməsinə, qırıqların artmasına və saç tökülməsinə səbəb ola bilər. Saçın quruluşunda iştirak edən keratin azalarsa tökülmə prosesi başlayar. Bunun üçün bəzi zərif zülalların bədənə qida maddələri vasitəsilə kifayət qədər miqdarda qəbul edilməsi keratinin miqdarının nizamlanmasına kömək edəcəkdir. Eyni zamanda bədənin ehtiyac duyduğu protein miqdarı da azaldıqda saç tökülməsi baş verə bilər. 3. Göbələk xəstəliklərinə görə saç tökülməsi Baş dərisini əhatə edən göbələk xəstəlikləri ümumiyyətlə uşaqlarda daha çox görülsə də, yetkinlərdə saç tökülməsinə səbəb ola bilər və müalicə edilmədikdə daimi qaşınma meydana gələ bilər. 4. Bəzi dərmanlar səbəbiylə saç tökülməsi Bəzi dərmanların saç tökülməsi kimi yan təsirləri ola bilər. Qan artıran , artrit, depressiya, ürək xəstəliyi və yüksək təzyiq üçün istifadə olunan bəzi dərmanlar saç tökülməsinə səbəb olur. 5. Saç qırana qarşı istifadə edilən dərmanlar Cəmiyyətdə saçqıran xəstəliyi olaraq bilinən  bu xəstəlik xüsusilə ağır stressli vəziyyətlərdə meydana gəlir. Bu xəstəliyə qarşı istifadə edilən dərmanlar nəticəsində başda olan tüklər, qaşlar, kirpiklər və saqqallar yumuru və ya ovalvari formada  tökülmələrə səbəb olur. Genetik meyl, nevroloji amillər, infeksiyalar və stresin xəstəliyin başlanmasına səbəb olduğu düşünülsə də, əsas amil hələ tam izah edilməyib. Bu xəstəlik uzunmüddətli davam edər və qaşınmaya səbəb olarsa mütləq müalicə edilməlidir. 6. Ağır stress halları Saç tökülməsin əsas səbəblərindən biridir. Ağır stressli insanlarda  tez-tez rast gəlmək olar. Stress bədənimizdə müxtəlif stress hormonlarının ifrazına, daxili tarazlığın pozulmasına səbəb olur və nəticədə bir çox xəstəliyə səbəb olur. 7. Həddindən artıq çəki itirmək Həddindən artıq çəki itirən insanlarda belə hallara rast gəlmək olar.  Bu səbəblə başlayan saçlarda tökülmə, orta hesabla 3-6 ay davam edir və sonra dayanır. 8. Yüksək dozada A vitamini Yüksək dozada A vitamini qəbul etmək də saç tökülməsinə səbəb ola bilər. A vitamini qəbulunu dayandırdıqdan sonra saç tökülməsi də dayanır. 9. Bədəndə dəmir azlığı 10. Saçlara düzgün qulluq edilmədikdə 11. Hormonal pozğunluq baş verdikdə saçlar tökülməyə başlayır.