Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Saçlarımız niyə ağarır? - VİDEO

  • 2019.03.19 15:42
  • 16714 Baxış
Saçlarımız niyə ağarır? -  VİDEO

Saçın ağarması, tarix boyu nədənsə neqativ hadisə, fakt kimi qəbul edilib. Və bunun səbəbi müzakirə mövzusu olub. Kimisi bu olayı yetkinliyin və bilgəliyin işarəsi kimi, kimlərsə yaşlılığın və zəifliyin əlaməti kimi qəbul edib. 


Medicina.az saçlarımızın ağarma səbəbini araşdırıb. 


Əslində, saç teli içində melanin deyilən rəng piqmentləri olan boş bir borudan başqa bir şey deyil. Gənc yaşlarda bu boşluqda saça rəng verən melanini burada saxlayan maye olur. Yaşlandıqca dərimiz, saçlarımızı və vücudumuzdakı digər tükləri əvvəlki kimi sağlam saxlaya bilmir. Bu maye azalır və öz növbəsində saçımızı qara saxlayan melanin tutunmağa yer tapmır, beləcə onun yerini boş hava əvəz edir. Nəticədə saçlar boyasız hala gəlir, ağ rəngə, yəni əsl rənginə çevrilir. 


Saçımızın tam ağarma müddəti 10/20 il çəkə bilər. Əslində hər bir saç telinin rəngi ya qaradır (sarı, qırmızı, qumral və s.) ya da ağ. Yəni hər bir saç teli yavaş-yavaş bozarıb ağarmaz. Ancaq bu müddət ərzində hamısı eyni anda ağarmadığından, ağların sayı artdıqca bütün saçlar getdikcə açılan boz rəngə çevrilir. İşin qəribə tərəfi boya hüceyrələri bəzən artıma sürət qatırlar. Yəni getdikcə ağaran saçlar, müvəqqəti olaraq yenidən tündləşmiş kimi görünə bilər. 

Saçların davamlı olaraq uzandığını,  müəyyən bir müddət sonra tökülüb, altından yeni saç gəldiyini xatırlasaq, mövcud saçın deyil, ancaq yeni çıxan saçın ağ ola biləcəyi dolayısı ilə saçların bir gecədə ağarmasının mümkün olmadığı görünür. Ancaq elm adamları bu hadisənin bir neçə həftəlik müddətdə baş verə biləcəyini söyləyirlər.