Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Saçları vaxtından tez ağaranların sirri

  • 2023.06.24 20:24
  • 4522 Baxış
Saçları vaxtından tez ağaranların sirri
Bəzi insanların saçı yalnız 50 yaşında ağarır, bəziləri isə artıq 20 yaşında bu problemdən əziyyət çəkməyə başlayır.


“Medicina” xəbər verir ki, elm adamları ağ saçlarla bağlı bəzi miflərə aydınlıq gətirib.


Birincisi, ağ saçlar sağlamlıq problemlərinə görə yarana bilər. Bir qayda olaraq, bu, ayrı-ayrı orqanların işləməməsi və ya bəzi daxili sistemlərin disfunksiyasıdır.


Saçların erkən ağarmasının səbəbləri:

• Həzm orqanlarının xroniki xəstəlikləri, həmçinin həzm sistemindəki pozğunluqlar;
• Avitaminoz;

• Ürək-damar sisteminin xəstəlikləri;
• Anemiya;

• Sinir sisteminin funksiyalarının pozulması, xroniki stress;
• Yetkinlik dövründə keçirilən ciddi viral xəstəliklər;
• Böyrək xəstəlikləri.

Adətən xanımlar bundan əziyyət çəkirlər. Ağ saçlarını örtmək üçün rənglənmədən istifadə edirlər. Lakin belə yanaşma yalnışdır. Öncə daxili problemləri həll etmək lazımdır. Gələcəkdə bu daha ağır fəsadlara yol aça bilər.

İlk növbədə sağlam saçlar qida maddələrinin əsas istehsalçısı və tədarükçüsü olan saçın dermal papillasının nasazlığı səbəbindən görünür.

Saçların ağarmasının səbəbi pis qidalanma və pis vərdişlər də ola bilər. Qidalanmaya nəzarət önəmlidir. Az proteinli pəhrizlər saçlara böyük təsir göstərir.

Həmçinin, vitamin və elementlərin defisiti saçlara mənfi təsir göstərir. Qidalanma ilə yanaşı mümkün qədər tez-tez təmiz havada gəzmək lazımdır, lakin günəşdən qoruyucu papaqdan istifadə etmək önəmlidir.

Bütün bunlarla yanaşı yuxu faktoru önəmlidir. Stres melaninin istehsalına təsir göstərir, bu da saçların rənglənməsinin intensivliyindən məsuldur. Yuxu rejimi əvvəldən pozulubsa, 30 yaşa çatdıqda artıq ağ saçlara sahib olacaqsız.

Aynurə Məmmədova