Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Saçları tökülənlər ürəyini yoxlatsın

  • 2023.05.26 14:54
  • 1727 Baxış
Saçları tökülənlər ürəyini yoxlatsın
Saçlarınızın indiki durumu ürək problemlərinin olub- olmadığını göstərir.

Yeni elmi araşdırmaya görə, ürək-damar xəstəlikləri qeyri-sağlam həyat tərzi, zərərli qidalanma, oturaq həyat tərzi ilə əlaqələndirilir. Stress də rol oynayır. Sonuncu hətta saçları da məhv edir.


Alimlər müəyyən ediblər ki, insanın saç tükündə müəyyən hormon var ki, o, ürək-damar xəstəlikləri riskinin artıb-artmadığına işarə edir. Bu, stresə cavab olaraq artan kortizoldur.

“Medicina” xəbər verir ki, həkim – kardioloq Oleq Vorfolomeyin sözlərinə görə, kortizol qlükokortikoidlər qrupuna aiddir.
O, bu hormonu azaltmaq üçün tövsiyələrini verdi:

- Hər gün hərəkət edin. Qan dövranını hər gün yaxşılaşdırmaq, məsələn, idman etmək, gəzmək, qaçmaq lazımdır;

- Özünüz emal etdiyiniz, texniki işlənməmiş, bitki mənşəli qidaları yeyin.

- Qorxu və stresi psixoloqla işləyin

Aygün Musayeva