Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Saçları tökülənlər qaraciyərini yoxlatsın

  • 2022.11.01 16:40
  • 1978 Baxış
Saçları tökülənlər qaraciyərini yoxlatsın

Saçların tökülməsinin səbəbləri içində çox insanların diqqət ayırmadığı bir səbəb qaraciyərin sağlamlığında problemin ola bilməsidir.

"Medicina" xəbər verir ki, həkim İrina Yuzup saçlardakı problemin həzm sistemi orqanları və qaraciyərlə əlaqəsini izah edib.

"Saçların uzanması və keyfiyyətinə qaraciyər və ödün təsiri var.

Öd yaxşı işləmədikdə qidalı maddələr sovrulmur. Bu da saç hüceyrələrinin vitaminsiz qalması deməkdir.
Ona görə də saçların tökülməsinə qarşı bu iki orqanın işini yoxlayın.

Bundan əlavə saçlar keçirilən infeksion xəstəliklərin əks təsirindən də yıprana bilər. Bunlara qrip və postkovid alopesiya misaldır.

Eləcə də bəzi hormonal dərmanlar və antidepressantlar da saçları tökə bilər.

Saçların tökülməsi ilə şampun və maska ilə yox, daxildən səbəbi tapmaqla məşğul olun".


Aygün Musayeva