Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Saçları necə gündən bir yumaq lazımdır?

  • 2022.07.26 15:05
  • 4600 Baxış
Saçları necə gündən bir yumaq lazımdır?

Britaniyalı saç mütəxəssisi Skott Miller hər gün başını yuyanlara səslənib.

Bakupost.az xəbər verir ki, başı yumaq üçün optimal tezlik açıqlanıb.


"Hər insanın baş dərisi müxtəlif sürətlə çirklənir. Saçları hər gün yumaq olmaz.

Bu manipulyasiya başdakı piy vəzilərini daha da aktivləşdirir, saçları dibdən daha da yağlandırır.

Ona görə hər gün təmiz saçlara can atmayın.
Uzun saçları olanlar həftədə 2 dəfə saçlarını yuya bilər.

Eləcə də rəngli və nazik saçları olanlar da həftədə 2 dəfə.

Qısa saç kəsimi olanlar şampundan 3 dəfə istifadə edə bilər.

Sıx, gur, quru, buruq saçları olanları həftədə bir dəfə ilə kifayətlənməlidir.

Əgər saçda kəpək varsa, onu müalicə etmək lazımdır.

3 aydan bir baş dərisi yenilənir, bu normal fizioliji prosesdir".