Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Saçınızın sağlam uzanması üçün bu vitaminləri qəbul edin

  • 2023.04.19 08:55
  • 1451 Baxış
Saçınızın sağlam uzanması üçün  bu vitaminləri qəbul edin
Sağlamlığınızdakı dəyişikliklər və stresslər saçların böyüməsinə əngəl ola bilər.


Xəstəliklər, düzgün qidalanmamaq saç tökülmələrini artıra bilər. Yaxşı və sağlam qidalanma saçlar üçün çox vacibdir.
Bakupost.az saç sağlamlığına faydalı olan vitaminləri təqdim edir.

Həddindən artıq və sürətli arıqlama pəhrizləri bədənin maddələr mübadiləsini dəyişdirdiyi üçün saç tökülməsinə səbəb olur. Ona görə də, pəhriziniz balanslı və zülal, vitamin mineral, karbohidratlardan ibarət olmalıdır. Bura mal əti, toyuq, balıq, meyvə tərəvəz və salatlar daxil edilməlidir.

Vegetarian və ya veqan pəhrizinə üstünlük verən insanlar saçlarının sağlamlığı üçün həkimlərinin tövsiyə etdiyi qida əlavələrini qəbul etməlidirlər.

Fol turşusu, B12, D vitamini, sink, biotin, dəmir, vitamin B5, niasin saç sağlamlığınız üçün faydalıdır.

Saç tökülməsi anoreksiya nevroza və bulimiya nevroza kimi xəstəliklərin əsas əlamətidir. Hər iki xəstəliyin irəliləmə dövründə üzdə və bədəndə tüklənmə baş verir.

Pəhriziniz, yuxunuz, qan göstəriciləriniz yaxşıdırsa və hələ də saç tökülməsi davam edirsə, hormon analizi verməlisiniz. Hormon göstəriciləri də normal olarsa, artıq bir mütəxəssisdən kömək istəməyin vaxtıdır.

Saç tökülməsinə qarşı trixoloji həllərdən dəstək ala bilərsiniz. Trixologiya saç tökülməsi və baş dərisi ilə bağlı problemlərə vahid yanaşma ilə həll təklif edən elm sahəsidir.