Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Saçının rəngi xəstəliklərdən xəbər verir

  • 2023.05.11 12:45
  • 2237 Baxış
Saçının rəngi xəstəliklərdən xəbər verir
İnsanın saç rəngi onun irsən müəyyən xəstəliklərə meylli olmasından da xəbər verir.

“Medicina” saç rənginin nədən xəbər verməsini araşdırıb.

Sarışınlar - tibbi statistikaya görə, qadınlar kişilərə nisbətən daha çox yaşla əlaqəli retinal distrofiyadan əziyyət çəkirlər və bu, korluğa səbəb ola bilər.

Bundan əlavə, onlar mütləq təbii birləşmələrlə zəngin olan qidaları rasiona daxil etməlidirlər. Bu maddələr, məsələn, ispanaq və noxudun tərkibində olur. Sarışınlar üçün hər gün bir fincan yaşıl tərəvəz yemək çox faydalıdır.

Sarışın saçlı qadınların həssas nöqtəsi dəriləridir. Digər dərilərə nisbətən daha az melanin istehsal edir. Melanin dərini zərərli ultrabənövşəyi radiasiyadan qoruyur. Sarışın saçlı qadınlar günəşə çıxdıqda ehtiyatlı olmalıdırlar.

Qaraşınlar – Son illər 30 yaşdan yuxarı qadınlarda saç tökülməsi çoxalıb. Qaraşın saçlar daha çox tökülməyə meyillidir. Trixoloqlar tünd şabalıd saplı qadınları qaraşınlara daxil edirlər.

Tünd, qara və ya qəhvəyi saçlar sarışın və ya qırmızı saçlardan daha qaba və qalın olur, bədən onları daha az istehsal edir. Buna görə də, tünd saçlı xanımlar tez-tez saç tökülməsindən əziyyət çəkirlər.

Bədəndə dəmir çatışmazlığı saç tökülməsinə səbəb ola bilər. Dəmirin gündəlik dozası 18 mq olmalıdır.

Qırmızı saçlı - Təbii qırmızı saç rəngi olduqca nadir olur, belə saçlar irsi DNT mutasiyasının nəticəsidir. Bu mutasiyaya görə, qırmızı saçlılar yerli və ya ümumi anesteziyaya daha az həssasdırlar. Diş həkiminə müraciət edərkən bunu nəzərə almaq lazımdır.

Belə insanlar Parkinson xəstəliyinə meyllidirlər. Amma yaxşı xəbər budur ki, fol turşusu Parkinson xəstəliyinin qarşısını alır, ona görə də qırmızı saçlılar daha çox mərcimək, lobya, ispanaq və qulançar yeməlidirlər. Bu qidaların hamısı fol turşusu ilə zəngindir.

Aynurə Məmmədova