Əgər birdən- birə saşlarınızda kəpək əmələ gəlibsə, bu, immun sistemin problemlərindən, yəni zəifləməsindən xəbər verə bilər. Hazırda dünyada hər dördüncü şəxs ən azı bir dəfə onunla qarşılaşır.
“Medicina” xəbər verir ki, həkim – trixoloq və kosmetoloq Aygül Zaxirovanın sözlərinə görə, adətən bu problem zəif saç baxımı, saçınızı yumaq üçün uyğun olmayan su və ya düzgün seçilməmiş şampun ilə əlaqələndirilir.
“Əslində isə kəpək dəri xəstəliyinin əlaməti və ya daxili orqanların nasazlığının siqnalı ola bilər.
Kəpəklə adətən mədə-bağırsaq traktında pozğunluqlardan əziyyət çəkən insanlar qarşılaşır.
Bunun da səbəbi həddindən artıq fast food və ya şəkərin olduğu qidalar, həmçinin nəzarətsiz dərmanlar və ya mədə-bağırsaq traktının mövcud iltihabi xəstəlikləri ola bilər.
Bundan əlavə, kəpək dərinin vəziyyətinə təsir edən patologiyalarla izah edilə bilər - seboreik dermatit, neyrodermatit, sədəf.
Bundan əlavə, kəpək A və B qrupu vitaminlərinin çatışmazlığı, həmçinin ümumi immunitetin və sinir gərginliyinin azalması ilə müşahidə olunur.
Buna görə kəpək varsa, mütləq həkimə müraciət edin”.
Aynurə Məmmədova