Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Saçın tökülür, nevrozsan, görmə zəifləyib, iştahın yoxdur? – Səndə bu çatışmır, yoxlan

  • 2019.03.02 17:27
  • 24307 Baxış
Saçın tökülür, nevrozsan, görmə zəifləyib, iştahın yoxdur? –  Səndə bu çatışmır, yoxlan

Heç orqanizmdə kalsium, dəmir kimi sinkin də olmasından və bu elementlə bütün bədəninizin asılı olmağından xəbəriniz var idimi?

Heç " məndə sink varmı, yoxmu” deyə sual verdinizmi və yoxlandınızmı?

Bu mikroelementsiz bir insan yaşaya bilməz.


Qadında norması 2 qr, kişilərdə 2,5- 3 qr-dır. 

Sink əzələ, sümük və dəridə olur. Həmçinin prostat və spermada olur ki, bununla da kişi cinsiyyət aktivliyini təmin edir. 

Sinki az olanın sümükləri, dişləri zəif olar, tez sıradan çıxar. 


Medicina.az orqanizmdə sink defisitini göstərən əlamətləri təqdim edir:


-Nevrozluq, qıcıqlıq, tez yorulma

-Dadbilmə və qoxunun pozulması

-Ağızda tez-tez yaralar

-Koordinasiyanın zəifləməsi

-Saçların çox tökülməsi

-Həmçinin bədəndə tüksüzləşmə

-Gecə görmənin zəifləməsi

-Əllərdə qaşınma, allergiya

-İştahın olmaması

-Həzmin pozulması

-İnfeksiyalara həssaslıq

-Yaraların gec sağalması


-Ciddi sink çatışmazlığı diabet, ateroskleroz, yaddaş pozuntusu, Alzgeymer, nevroloji problemlər yaradır.  Hamilə qadında sink çatışmazlığı olarsa, döl ciddi ürək qüsurları ilə doğula bilər. 


Çünki sink immun sistemi tənzimləyir, hüceyrələrin yaranıb böyüməsini təmin edir. 

Orqanizm düzgün qidalanma ilə sutkalıq sink normasını doldura bilir. Elə də ciddi sıxıntı çəkməzsiz.  Amma əgər insan hamilədirsə və bir sıra xroniki xəstəliklərdən əziyyət çəkirsə o zaman sink çatışmazlığı yarana bilər. 


Analiz


Əgər sizdə sinkin normada olub-olmamasını bilmək istəyirsizsə, o zaman sinki qanda təyini ilə analiz verin. Bu istənilən klinikada var.

Bundan sonra defisitə qarşı mübarizə aparın

Bunun üçün endokrinoloq təyinatı ilə qida korreksiyası olunur və əlavə dərman preparatları yazılır. 

 



Sink bol olan qidalar:


-Qırmızı ət

-Mal qaraciyəri, dil əti, iç-ciyər

-Dəniz məhsulları

-Yumurta sarısı

-Pendir

-Küncüt

-Balqabaq və tumu

-Qoz

-Maya

-Paxlalılar

-Yarma


Diqqət: özbaşına aptekdən hər hansı SİNK preparatı alıb içmək olmaz. Çünki böyrəklər sıradan çıxa bilər. 

Saçın tökülür, nevrozsan, görmə zəifləyib, iştahın yoxdur? –  Səndə bu çatışmır, yoxlan