Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Saçı tökülənlərdə hormonal disbalans var

  • 2023.03.14 14:45
  • 1266 Baxış
Saçı tökülənlərdə hormonal disbalans var
Saç tökülməsi, dəridə quruluq hormonal disbalansdan xəbər verir.

“Medicina” xəbər verir ki, bu haqda həkim endokrinoloq, dietoloq, tibb elmləri namizədi Oksana Mixailova bildirib.
Saç tökülməsi hormon istehsalının pozulmasının olduğu endokrin xəstəliyin əlamətlərindən biri ola bilər. Qadınlarda saçın intensiv tökülməsi kişi cinsi hormonlarının artması ilə əlaqələndirilir.


Həmçinin hörmonal balansızlıq nəticəsində dəridə quruluq simptomları özünü biruzə verə bilər.

Bundan əlavə, hormon istehsalının pozulmasının əlamətləri qan təzyiqinin artması, üz cizgilərinin böyüməsi və qabalaşmasıdır.

• Digər simptomlar ;

- genişlənmiş boyun önü
- 45 yaşdan kiçik qadınlarda baş verən menstrual pozğunluqlar
• qadın, kişilərdə süd vəzilərindən axıntı, qadınlarda üz və bədəndə tünd uzun saçlar (hirsutizm)
• 25 yaşdan yuxarı qadınlarda sızanaqlar.

• Mütəxəssis tövsiyə etdi ki, bu simptomlar baş verərsə, həkimə müraciət edin.

Günay Quliyeva