Balıqdan imtina qadınlarda saç tökülməsinə səbəb ola bilər.
Bəzi qadınlar saçlarının qalınlığını və həcmini bərpa etmək üçün kosmetik prosedurlara çox pul xərcləməyə məcbur olurlar: maskalar, mezo, plazma və s.
“Medicina” xəbər verir ki, dermatoveneroloq, trixoloq və tibb elmləri doktoru İrina Kondraxinanın saç tökülməsinə səbəb amillərdən danışıb:
“Bu gün dietalar getdikcə populyarlaşır.
Bir çoxları, nadir hallarda balıq yeyirlər və ya qırmızı əti hinduşka və toyuq ilə əvəz edirlər. Bu, qanda müəyyən vitamin və mikroelementlərin olmamasına, nəticədə saçın quruluşuna təsir edir.
Stressli iş, qayğı və stresi əlavə etsəniz, problem daha da ağırlaşa bilər.
Bəzi insanlar bu vəziyyətlə təkbaşına mübarizə aparmaq istəyirlər: vitaminlər qəbul edirlər, qan dövranını yaxşılaşdırmaq üçün müxtəlif vasitələrdən və ya saç maskalarından istifadə edirlər və s. Lakin belə üsullar yalnız müvəqqəti kömək edir - problemin özü daha ciddi yanaşma tələb edir.
Mütəxəssisə müraciət etmək və qidaya fikir vermək lazımdır”.
Aygün Musayeva