Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Saç tökülməsinin 2 əsas səbəbi - Həkim açıqladı

  • 2020.10.12 11:43
  • 2668 Baxış
Saç tökülməsinin 2 əsas səbəbi  - Həkim açıqladı

Saç tökülməsinin iki əsas səbəbi stres və insan bədənində dəmir çatışmazlığıdır.

Bunu "İzvestiya"ya həkim-dermatoloq Tatyana Yeqorova bildirib.

Onun sözlərinə görə, güclü stres keçirdikdən sonra saçların tökülməsi birdən-birə deyil, bir neçə ay ərzində baş verə bilər. Mütəxəssis deyib ki, güclü narahatlıq bu problemin ən geniş yayılmış səbəblərindən biridir və bununla üzləşən zaman mütləq həkimə müraciət edilməlidir.

Saç tökülməsinin ikinci əsas səbəbi olan dəmir çatışmazlığı aradan qaldırıldıqdan sonra saçlar daha qalın və güclü olur.