Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Saç tökülməsinə qarşı 3-5 MANATLIQ VASİTƏLƏR

  • 2018.05.01 12:42
  • 44677 Baxış
Saç tökülməsinə qarşı  3-5 MANATLIQ VASİTƏLƏR
Saçı tökülən insanlar müxtəlif üsullarla onun qarşısını almağa, yaxud yeni saçlarının çıxmasını təmin etməyə çalışırlar. Hazırda bu problemdən əziyyət çəkən minlərlə insan olduğundan, mütəxəssislər bəzi araşdırmalar aparıb.


Medicina.az xəbər verir ki, araşdırmalar zamanı bəzi yağların saçları gurlaşdırdığı və sağlamlaşdırdığı məlum olub. 


Həmin yağları təqdim edir:


Nanə yağı – bu növ yağlar içərisində ən çox istifadə edilənidir. Xoş qoxusu ilə adama xoş təsir göstərən nanə yağı saçlarınızın daha sürətlə çıxmasına kömək edəcək. Həmçinin saçlardakı quruluğa və dəriyə də müsbət təsir göstərəcək.


Fındıq yağı - əksər insan bu yağın saç çıxartma xüsusiyyətinin olmasından bixəbərdir. Fındıq yağı həmçinin kəpəklərin qarşısını alır. Tərkibi B1, B2 və B6 vitaminləri ilə olduqca zəngindir. Sadəcə saçlarınız üçün deyil, dərinizin üzərinə nəmləndirici vasitə kimi də çəkə bilərsiniz.


Xaş-xaş yağı da saç çoxaldan yağlar sırasında yer alır. Tökülən saçları müalicə edir. Saç diblərini bərpa edir, saçları uzadır və kəpəkləri yox edir.

Bu yağların hər birinin qiyməti şirkətindən asılı olaraq 3-5 manat arasında dəyişir.

 

Şəhanə Quliyeva