Saç sancağı udan 2 yaşlı uşaq xilas edilib.
Medicina az xəbər verir ki, bu barədə uşaq uroloqu və cərrahı Allahverdi Musayev sosial şəbəkə hesabında məlumat paylaşıb.
Həkim qeyd edib ki, azyaşlı tibb müəssisəsinə tənəffüs çatışmazlığı və boğulma şikayətləri ilə gətirilib:
“Aparılan müayinələr əsasında xəstənin yad cisim udduğu məlum olub. Xəstəyə bronxoskopiya icra edilərək baş bronx mənfəzindən yad cisim-saç sancağı xaric edilib”.