Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Saç əkimindəki “gizli” təhlükə! – Ölümcül nəticələnə bilər

  • 2024.07.12 16:00
  • 1074 Baxış
Saç əkimindəki “gizli” təhlükə! –  Ölümcül nəticələnə bilər
Mütəxəssislər, Covid-19 pandemiyasından sonra populyarlaşan qan durulaşdırıcı dərmanlarla bağlı xəbərdarlıq edirlər.

Müxtəlif ürək problemi olan insanlar üçün zəruri olsa da, həkim nəzarəti olmadan qan durulaşdırıcı dərmanların istifadəsinin həyati təhlükə yaratdığı bildirilir.

Kardioloq, Prof. Dr. Erdal Belen qan durulaşdıran dərmanların həkimə müraciət etmədən istifadə edilməsinin və ya dayandırılmasının yanlış olduğunu söyləyib.

“Son zamanlarda daha çox rastlaşdığımız bir vəziyyəti misal gətirim. Saç əkimi etdirərkən infarkt keçirən xəstələrlə qarşılaşırıq. Bu, bir çox yerli və xarici vətəndaşın etdiyi səhv nəticəsində baş verir. Onlar istifadə etdikləri qan durulaşdırıcını ya həkimlə məsləhətləşmədən dayandırır, ya da içməyə davam edirlər. Dərmanı dayandırmayanlarda qanaxma baş verir, istifadəni dayandıranlar isə infarkt keçirir. Gənclərdə bu, daha ölümcül nəticələnir”, - deyə kadiroloq qeyd edib.

Professor vurğulayıb ki, dərmanın istifadəsinin dayandırılmasına və ya davam etdirilməsinə saç əkimini həyata keçirən həkimlə birgə qərar verilməlidir.

Kardioloq liposaksiya əməliyyatları zamanı da bunun keçərli olduğunu diqqətə çatdırıb.


Aysel