Yeni texnologiya ilə birlikdə inkişaf edən saç əkimi üsulları dazlıq və saç tökülməsilə mübarizəni asanlaşdırıb.
Medicina.az sizə saç əkimi ilə bağlı bilməli olduğunuz bəzi məqamları təqdim edir:
Saç əkimində ən uyğun saç hansıdır?
Saçlarınızı darayan zaman daraqda qalan saç yığınları sizin təlaşa düşməyinizə əsil səbəb ola bilər. Kişilərdə 20 yaşdan sonra saç tökülməsi geniş yayılıb. Ancaq bu hələ sizin tam dazlaşacağınız anlamına gəlmir. Bu sizin üçün bir siqnal ola bilər. Belə ki, saçlarınızın vaxtında qayğısına qalsanız onları qoruyub saxlaya bilərsiniz.
Əksər hallarda saç tökülməsi genetik olur. Bu səbəbdən də nəslinizdə olan kişilərə nəzər yetirsəniz, gələcəkdə saçlarınızın vəziyyətini təxmin etmək elə də çətin olmayacaq.
20-30 yaşlarında saç tökülməsi problemləri yaşayan insanların problemi birdəfəlik həll etmək üçün saç əkdirmək istəməsi təbiidir. Çünki bu hal insan psixikasına travmatik təsir göstərə bilər. Saç əkimi üçün ideal yaş 30-dan sonra qəbul edilir.
Cərrahlar əsasən saçları pasiyentin başının arxasından çıxararaq daz hissələrə yerləşdirirlər. Əkiləcək saç köklərinin başın arxa nahiyəsindən götürülməsinin səbəbi isə onların dazlıq yaradan hormonlara qarşı daha dözümlü olması və əkilən yerdə təbii olaraq böyüməyə davam etməsidir.
Saç tökülməsi problemi yaşayanların əvvəlcə bir dermatoloqa müraciət edərək tökülmənin səbəbini tapmaq lazımdır. Saç tökülməsini dayanmdırmaq və ya yavaşlatmaq üçün həm kişilər, həm də qadınlar üçün bir çox tibbi metodlar var.
Qeyd edək ki, saç tökülməsinin qarşısını almaq üçün bir sıra qaydalara əməl etmək vacibdir. Məsələn: saçları islaq daramaq, dəsmalla bərkdən sürtmək, saça davamlı olaraq lak, jele kimi maddələrin vurulması da saç tökülməsini sürətləndirə bilər.
Arzu
Medicina.az