Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Saç boyalarından çox istifadə xərçəng əmələ gətirir

  • 2022.01.04 15:25
  • 2203 Baxış
Saç boyalarından çox istifadə  xərçəng əmələ gətirir
Dünya Qida və Tələbat Maddələri Yoxlama və Sertifikalama Araşdırmaları Dərnəyi aparılan araşdırmalarla bəzi saç boyalarının lenfoma və sidik kisəsi xərçəngi kimi xəstəliklərə səbəb olduqlarının aşkar edildiyini bildirib.

Araşdırmalarda xərçəng riski daşıyan bu növ məhsulların istifadə edilməməsi tövsiyə edilir.

Barselonadakı Katalan Onkologiya İnstitutundan Doktor Silvia de Sanjose ilə həmkarlarının araşdırmasında saç rəngləndiricilərini 1980-dən əvvəl istifadə etməyə başlayan qadınların lenfoma riskini artırdığı vurğulanıb.

Araşdırmada saçlarını boyayanlar arasında bu xəstəliyə yoluxma riskinin 19 faiz çox olduğu bildirilir, saçlarını ildə 12 dəfə və ya daha çox boyayanların xəstəliyə yoluxma riskinin 26 faiz daha çox olduğu qeyd edilir. 15 il ərzində saçlarını tez-tez xüsusilə də tünd rənglərlə boyayan qadınlarda sidik kisəsi xərçənginə yoluxma riski heç boyamayanlara nisbətən 3 dəfə daha çoxdur.