Sabunçu Tibb mərkəzində ilk dəfə olaraq üst çənənin kistaektomiya orantal fistulanın plastikası əməliyyatı icra edilib.
"Medicina" xəbər verir ki, mərkəzə yeni avadanlıqlar, həkimlər cəlb edildiyi üçün bu vaxta qədər icrası mümkün olmayan əməliyyatlar, xidmətlər edilir.
Xəstəxanaya gətirilən 31 yaşlı kişinin üzündə ağrı, şiş və assimmetriya görünürdü.
Xəstədə üst çənənin maxsiliar sinusa sirayət edən geniş ölçülü odontogen kistası aşkar edilib və o, dərhal əməliyyata alınıb.
Əməliyyat üz-çənə cərrahı Vüqar Qurbanov və komandası icra edilib.
Əməliyyat uğurlu keçib, pasiyent palataya alınıb.
Aygün Musayeva