Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Sabunçu xəstəxanası" niyə bağlandı?- SƏBƏB AÇIQLANDI

  • 2020.05.11 14:44
  • 6125 Baxış
"Sabunçu xəstəxanası" niyə bağlandı? - SƏBƏB AÇIQLANDI

Bu gün səhər saatlarında Bakıda 3 saylı şəhər klinik xəstəxanası bağlanıb.

Medicina.az xəbər verir ki, 3 saylı Şəhər Xəstəxanasına xəstələrin qəbul bir neçə saatdır dayandırılıb.

“Həkimləri və personalı binadan buraxmırlar. Sayları 100-dən çox olan xəstə və xəstə yaxınları xəstəxananın önünə toplaşıb. Səbəblər haqqında onlara bilgi verilmir.

TƏBİB mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, xəstəxanada pofilaktik dezinfeksiya işləri aparılıb.

“Bu səbəbdən də xəstəxana boşaldılıb. İşlər bitdikdən sonra xəstəxana adi qaydada fəaliyyət göstərəcək. Bütün qaydalara əməl edilmək şərtilə xəstələr xəstəxanaya daxil ola biləcəklər”