Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şabranda həkimin “prob”suz iynə vurduğu uşaq öldü - Nazirlik araşdırma başlatdı

  • 2019.02.26 15:28
  • 2058 Baxış
Şabranda həkimin “prob”suz iynə vurduğu uşaq öldü -  Nazirlik araşdırma başlatdı

 

Şabran rayonunda  antibiotik iynə vurulduqdan sonra vəziyyəti ağırlaşan və  yerləşdirildiyi xəstəxanada dünyasını dəyişən 8 yaşlı uşağın ölümündə həkimin günahı olub-olmadığı araşdırmalardan sonra məlum olacaq.

 

Medicina.az xəbər verir ki, bunu Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirb.


Onun sözlərinə görə, hadisə ilə bağlı Şabran rayon Prokurorluğu və nazirliyin Ölüm Hallarını Araşdıran Komissiyası tərəfindən araşdırma aparılacaq: "Həkimin günahının olub-olmadığı, uşağın hansı səbəbdən öldüyü  araşdırmalardan sonra məlum olacaq və ona müvafiq tədbir görüləcək”.

 

***
 



Şabran rayonunda 8 yaşlı uşağın antibiotik iynə vurulduqdan sonra vəziyyəti ağırlaşıb, daha sonra yerləşdirildiyi xəstəxanada ölüb.


Medicina.az "Report"a istinadən xəbər verir ki, Şabran şəhəri S.Bəhlulzadə küçəsi ünvanında yaşayan 2011-ci il təvəllüdlü Gülnur Elnur qızı Dadaşova axşam saatlarında müalicə üçün yaxınları tərəfindən həkimin yaşadığı evə aparılıb.


Antibiotik iynə vurulduqdan sonra G.Dadaşovanın halı pisləşib, koma vəziyyətinə düşüb. Xəstə Şabran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq onun vəziyyəti daha da ağırlaşıb. Bu səbəbdən xəstə Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Lakin bütün yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.


Mərhumənin yaxınlarının bildirdiyinə görə, G.Dadaşovanın ölümünə səbəb həkimin antibiotikin "prob" qoyulmadan vurulması olub.


Faktla bağlı araşdırma aparılır.