Türkiyə Səhiyyə Nazirliyinin Koronavirus Elmi Komitəsinin üzvü, Qazi Universiteti Təcili Tibb Şöbəsinin professoru Ahmet Demircan koronavirusa yoluxub.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin Təcili Tibbi Dərnəyi məlumat yayıb.
Bildirilib ki, eyni zamanda, dərnəyin üzvü olan professorun COVID-19 testi pozitiv çıxıb.
Onun vəziyyəti haqqında məlumat verilməyib.
Qeyd edək ki, A.Demircan 2017-2018-ci illərdə Türkiyənin səhiyyə naziri vəzifəsini icra edib.