Sabahkı hava meteohəssas insanlarda narahatlıq yarada bilər.
Bu barədə Bakupost.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, martın 5-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da ürək-damar xəstəlikləri olan bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.