Sentaybrın 6-da gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin medicina.az-a veridyi məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 6-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Azərbaycanın rayonlarında
Sentyabrın 6-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Tibbi-meteoroloji proqnoz
Sentyabrın 6-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilirki, bu da meteohəssas insanlar üçün əlverişlidir.