Dekabrın 16-da baş verəcəyi gözlənilən güclü maqnit qasırğası olmayacaq.
"Medicina" xəbər verir ki, Günəşdəki partlayışın seli Yer planetindən 48 dərəcə yan keçib. Beləliklə, sabah planetimizdə güclü maqnit qasırğası gözlənilmir.
Dekabrın 16-da son altı ilin ən güclü maqnit qasırğası gözlənilir.
Qeyd edək ki, artıq bir çox insanlar Yerin maqnit sahəsində əmələ gələn təbəddülatı hiss etməyə başlayıblar. Bu özünü fərqli simptomlarla - başağrıları, qan təzyiqinin dəyişməsi və müxtəlif xəstəliklərin güclənməsi ilə büruzə verib.