Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sabah canınız ağrıya bilər - Səbəbi isə...

  • 2018.09.25 14:07
  • 9449 Baxış
Sabah canınız ağrıya bilər -  Səbəbi isə...
Azərbaycanda sentyabrın 26-na gözlənilən hava proqnozu açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Medicina.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Gün ərzində şimal-qərb küləyi güclənəcək.


Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-21°, gündüz 23-26° isti, Bakıda gecə 19-21°, gündüz 23-25° isti olacağı proqnozlaşdırılır.


Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 766 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.


Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 26-sı gündüzdən 28-dək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli dəyişməsi fonunda güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.