Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sabah başınız ağrıya bilər - XƏBƏRDARLIQ

  • 2018.05.24 15:53
  • 18059 Baxış
Sabah başınız ağrıya bilər -  XƏBƏRDARLIQ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabah hava şəraitinin bəzi insanlar üçün diskomfort yarada biləcəyi barədə məlumat verib.

 

Medicina.az xəbər verir ki, tibbi-meteoroloji proqnoza əsasən, mayın 25-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olacaq. Ancaq buna baxmayaraq axşam saatlarında durğun hava şəraiti diskomfort hissi yarada bilər.