Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sabah anomal isti olacaq - sonra isə....

  • 2025.04.07 16:03
  • 86 Baxış
Sabah anomal isti olacaq   - sonra isə....

8 aprel bütün aprel aynın ən isti günü ola bilər. Belə ki, hərarət birdən-birə may, yay hərarətinə keçib, 27 dərəcəyə çatacaq.

Aprelin 8-i gündüz şimal və qərb rayonlarından başlayaraq 12-si gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.



Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.

Havanın temperaturu aprelin 9-dan ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.