Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Saatlıda dəhşət: 2 uşaq pomidor turşusu suyundan zəhərləndi- Biri öldü

  • 2022.04.06 15:07
  • 2752 Baxış
Saatlıda dəhşət: 2 uşaq pomidor turşusu suyundan zəhərləndi - Biri öldü


Qida zəhərlənməsi şübhəsi ilə Bakıdakı Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilən 2 azyaşlıdan birinin həyatını xilas etmək mümkün olmayıb.


Mərkəzin Mətbuat xidmətindən Bakupost.az -a verilən məlumatına görə, uşaqlar bu gün Saatlı Rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə KTM-ə gətirilib.

Qeyd olunub ki, dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə 12:45-də Mərkəzə yerləşdirilən uşaqlardan biri 2019-cu il təvəllüdlü X.F 13:08-də vəfat edib: "Digəri 2013-cü il təvəllüdlü M.F reanimasiyaya yerləşdirilib, vəziyyəti ağır olaraq qalmaqdadır.

Ehtimal olunur ki, uşaqlar pomidor turşusunun suyunu içiblər".