Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sağaldıcı xüsusiyyətə malik 4 ot - Onları evinizdən əksik etməyin!

  • 2019.04.13 09:07
  • 24694 Baxış
Sağaldıcı xüsusiyyətə malik 4 ot -  Onları evinizdən əksik etməyin!
 


İylər hansı problemlərin qarşısını ala bilər?


Hələ qədim zamanlardan insanlar müxtəlif xəstəliklərin müalicəsində efir yağlarından istifadə edirdilər.


Günümüzdə alimlər də bu yağların sağaldıcı xüsusiyyətlərini elmi sübutlarla təsdiqləyirlər.


Adaçayı


Adaçayının faydaları hələ antik dövrlərdən insanlara məlum olub. O zamanlar adaçayının istifadəsi Aralıq dənizi sahilləri və Mərkəzi Asiyada daha geniş yayılmışdı. Belə ki, bu bitki antiseptik xüsusiyyətləri ilə spazmaların aradan qaldırılmasında istifadə edilib və bitkinin müalicəvi xüsusiyyətləri 2013-cü ildə aparılan tədqiqatlarda təsdiq olunub.


Bu bitkinin qoxusu və ondan hazırlanmış çay qadınlara xas qarın ağrıları zamanı kömək edir. Bununla yanaşı adaçayı stressi aradan qaldırır, hafizəni möhkəmləndirir.


Alimlərin fikrincə bu ot orqanizmi təmizləməklə yanaşı, qocalmağa və xərçəngə səbəb olan qeyri sabit molekul-sərbəst radikalların inkişafının qarşısını alan güclü antioksidantdır. Lakin onu da unutmaq olmaz ki, bəzən bir nahiyəyə faydalı olan digər hissəyə zərər verə bilər. Başqa sözlə desək hər bir şey qədərində daha gözəldir.


Digər aromatik yağlar kimi adaçayının da müəyyən istifadə qaydaları var. Onu gündə 15-60 dəqiqədən artıq olmamaq şərti ilə qəbul etmək olar. Əks halda bu ot əks təsir göstərə bilər. Bununla yanaşı həkimlər adaçayı qoxusunu hamilələrə məsləhət görmürlər. Belə ki, bu iy ana südünün çəkilməsinə səbəb ola bilər.


Nanə


Nanəni hələ qədim Misirdə istifadə etməyə başlamışdılar. Belə ki, burada efir yağlarının istehsalı yüksək səviyyədə idi. Onu da qeyd etmək lazımdır ki, nanə yarpaqları hələ eramızdan əvvəl 1000-ci ildə tikilmiş piramidalarda tapılıb.


Bu gün aparılan çoxsaylı tədqiqatlar sübut edir ki, nanə yağı bağırsağın qıcıqlanma sindromu zamanı yaranan ağrıları aradan qaldırır, mədə-bağırsaq pozuntularının və vərəm iltihabının qarşısını alır. 90 qram nanə cövhəri və 50 qram zirə yağının qarışımının mütəmadi istifadəsi funksional depressiyadan əziyyət çəkən pasiyentlərə müsbət təsir göstərib. Bundan əlavə Boston Universitetində aparılan bəzi tədqiqatlara görə nanə cövhəri yaddaşı möhkəmləndirir.


Darçın


Darçın fikrini toplamaqda çətinlik çəkənlərin köməyinə gələ bilər. Xüsusilə sürücülərin bu bitkidən istifadə etməsi məsləhətdir. Belə ki, darçın iyi sakitləşdirici effekti ilə yanaşı fikri cəmləməyə da kömək edir. Alimlər aparılan tədqiqatların əsasında bildiriblər ki, darçın iyi reaksiya cəldliyinə və motor qabiliyyətlərinin yaxşılaşmasına müsbət təsir göstərir. Tədqiqatçıların fikrincə bu müşahidələr gələcəkdə Alsheymer xəstəliyinin inkişafının qarşısını almağa kömək edə bilər.


Bundan əlavə darçının antibakterial və iltihab əleyhinə xüsusiyyətləri də var. Misal üçün, bu bitkinin iyi soyuqdəymə və buna səbəb olan baş ağrısının simptomlarını aradan qaldıra bilər.


Lavanda


Lavandanın narahatlığı, yuxusuzluğu və depressiyanı aradan qaldırdığını hər kəs bilir. Lakin çox az insan bu bitkinin saç uzadan xüsusiyyətlərindən xəbərdardır. Alimlər bildirirlər ki, hətta alapesiyanın bəzi növlərində belə bu bitki kömək edə bilər. Bəzi hallarda isə lavandanı ağrıkəsici, yara sağaldıcı kimi də istifadə etmək mümkündür. Misal üçün, bu bitkinin yağını yodla qarışdırıb yaraya sürtdükdə həmin nahiyənin daha tez sağalmasına kömək etmək ola. (Azərtac)