Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvilinin səhhəti kəskin pisləşib.
Medicina.az xəbər verir ki, onun qardaşı Giorgi Saakaşvili eks prezidentin artıq yemək yeyə bilmədiyini deyib.
Onun həbsdən çıxarılıb, dərhal xaricdə müalicəyə ehtiyac duyduğunu vurğulayıb.
Sabah saat 19:00 Gürcüstanın hökumət binasının qarşısında etiraz aksiyası təyin edən Mixeil Saakaşvilinin ailə üzvləri insanları aksiyada iştirak etməyə çağırıb.
Gürcüstan hökuməti Mixeil Saakaşvilinin müvafiq tibbi müalicə aldığını və onun azadlığa buraxılmasının mümkünlüyünün nəzərdən keçirilmədiyini bəyan edib.