Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rütubətli və nəm evlərdə uşaqlar daha çox öskürür - Pediatr

  • 2021.11.11 16:04
  • 2792 Baxış
Rütubətli və nəm evlərdə uşaqlar daha çox öskürür -  Pediatr
Qış fəsli yaxınlaşır və təəssüf ki, bu aylarda evlərdə rütubət "görünməyə" başlayıb.

Medicina.az xəbər verir ki, pediatr-neanotoloq Nurəngiz Hacıyeva bu barədə bildirib.
Rütubətli mühit allergik uşaqlarda öskürək şikayətlərinin ciddi artmasına səbəb olur. Nəzərə almaq lazımdır ki, evin ən uzaq nöqtəsində belə rütubət varsa, uşaq həmin otaqdan ən uzaq nöqtədə olsa belə, yenə də rütubət ona təsir edəcək.

Bu aylarda edilən səhvlərdən biri də evdəki rütubətdən asılı olmayaraq evdə buxar maşını istifadə etmək, evin içində paltar qurutmaq və otağı çox isitməkdir. Çünki rütubət nisbətinə baxmadan bu şəkildə evi nəmli bir mühitə çevirmək uşağa fayda yox, zərər verəcək:

"Evin rütubəti 45-60% səviyyəsində saxlanılmalıdır. Termometr isə hər bir evdə olmalı, otaqda temperatur 22 dərəcədən çox olmamalıdır. 60%-dən yuxarı nəmlik evi rütubətli hala gətirir və uşaqlarda allergik şikayətləri artırır. Evdəki rütubəti aradan qalmazsa, uşağın şikayətləri təkrarlanacaq, burun tıxanıqlığı və astma xəstəliyi qaçılmaz olacaq".

Həkim əlavə edib ki, uşaqda gecə öskürəkləri, 2 həftədən artıq öskürək, davamlı burun axıntısı, təkrarlanan temperatur olursa, gecələr ağız açıq yatmaq və xoruldamaq kimi hallar varsa və tez-tez bronxiolit, bronxit və otit olursa, adeonid əməliyyatı keçirmişsə, pediatr tərəfindən hər ay müayinə edilməlidir.