Pensilvaniya ştatı universitetinin alimləri soyuq, rütubət və nəmişlik göstəriciləri yüksək olan iqlimin bir sıra xərçəng növlərinin yaranmasına səbəb olduğunu bildirir.
Medicina.az xəbər verir ki,
Bu nəticəyə gəlməyə onları ABŞ-ın soyuq iqlimli ştatlarında bir sıra xərçəng növlərinin daha çox rast gəlinməsi vadar edib.
Belə ki, ekvatora yaxın, Günəşdən daha çox ultrabənövşəyi şüalanmaya məruz qalan isti yerlərdə başqa şiş xəstəlikləri yaranır.
Yeni elmi tədqiqat zamanı 15 ştatda 10 növə yaxın xərçəng xəstəliyinin statistikası araşdırılıb.
Məlum olub ki, süd vəzi, prostat xərçəngindən tutmuş mədə şişinə kimi növlər soyuq, rütubət dərəcəsi ilə bağlıdır.
Çox soyuq iqlimli regionların əhalisi isti və quru iqlimdəkinə nisbətdə daha çox xərçəngə tutulur.
Lakin onkoloji xəstəlikləri tiplərə böldükdə məlum olub ki, ağciyər xərçəngi daha çox isti iqlimin payına düşüb.
ABŞ-ın Cənub Şərqi sahillərinə çox yağıntı düşdüyündən torpaqda maqniy və kalium yuyulur, mühit turş olur. Turş mühitdə isə ammonium bakteriyalar çoxalır, hansı ki, ammiakı nitritə çevirir. Təbii ki, belə olan halda atmosferə azot turşusu çox qalxır. Bu da kanserogen təsirlidir.
Eləcə də daha soyuq və rütubətli bölgələrdə metobolik stress yaşanır ki, bu da orqanizmi zəiflədir və xərçəng hüceyrələrini aktivləşdirir.