Alimlər havanın insan orqanizminə birbaşa təsiri olduğunu söyləyirlər. Xüsusən də xroniki xəstələr üçün havanın necə olacağını bilmək daha vacibdir. Çünki rütubətli və nəm hava xroniki xəstələrin ağrılarını artırır.
Dəyişkən yağışlı hava, daim dəyişilən meteoşərait insanda stresin inkişafına və immun sistemin zəifləməsinə də səbəb olur.
Medicina.az sizə kəskinləşən xroniki xəstəliklər haqqında məlumatı təqdim edir:
Ürək-damar sistemi xəstəlikləri
Payızda arterial təzyiqə, düzgün qidalanmaya, güclü fiziki və emosional gərginliklərdən uzaq olmağa fikir vermək lazımdır.
Tənəffüs sistemi xəstəlikləri
Hərarətin kəskin enməsi, yağışlı, rütubətli hava virus və soyuqdəymə xəstəliklərin inkişafına əlavə təkan verir.
Həzm sistemi xəstəlikləri
Payızda qarının yuxarı hissəsində ağrılar, köp, qıcqırma, ürəkbulanması, qusma kimi simptomlar narahat etməyə başlayır.
Artrit və artroz xəstəlikləri
Soyuq havalarda oynaqda ağrı, oynağın şişməsi, oynaqda hərəkətliliyin azalması kimi simptomlar meydana çıxır. Profilaktika məqsədi ilə daha isti geyinmək, tamdəyərli qidalanmaq, C vitamini qəbul etmək lazımdır.
Psixoloji pozulmalar
Payız aylarında insanlar depressiya və stressə meyilli olur. Bu halların profilaktikası üçün daha çox açıq havada gəzmək, idman və bədən tərbiyəsi ilə məşğul olmaq, tamdəyərli qidalanmaq lazımdır.