Artıq çəkili rusların sayı son beş ildə artıb.
Medicina.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, artıq çəkili rusların sayı beş il ərzində 62,6%-ə yüksəlib.
“Rosstat”ın dərc etdiyi məlumata görə, 2018-ci ildən 2023-cü ilə qədər artıq çəkidən əziyyət çəkən ölkə əhalisinin çəkisi 61,7%-dən 62,6%-ə qalxıb.
Beş il ərzində normal çəkisi olan rusların payı 36,3%-dən 35,7%-ə qədər azalıb.
Kişilərdə artıq çəki problemi daha çoxdur. Normal çəkili kişilərin nisbəti 34%-dən 30,9%-ə qədər azalıb, piylənmədən əziyyət çəkənlərin faizi isə 46,9%-dən 52,4%-ə yüksəlib.
Normal çəkisi olan qadınlar arasında nisbət - 38,1%-dən 39,4%-ə yüksəlsə də, piylənmədən əziyyət çəkənlərin nisbəti də 34,7%-dən 37,1%-ə yüksəlib.
Aysel