Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rusiyaya “Viaqra” idxalı dayandırıldı - Kişilər etiraz edir

  • 2023.02.16 16:08
  • 2099 Baxış
Rusiyaya “Viaqra” idxalı dayandırıldı  - Kişilər etiraz edir

Amerika şirkəti Viatris Rusiyaya ereksiya gücləndirici dərman “Viaqra”nın gətirilməsini dayandırıb.

Bakupost.az xəbər verir ki, şirkət rəhbəri Rusiya bazarına sözügedən tabletlərin çıxarılmasının dayandırılması barədə qərar açıqlayıb.

Bu barədə Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi məlumat verib.

Bununla belə molekul adı Sildenafilin Rusiyada istehsalı üçün hər cür imkanlar var və qurumlar bu barədə qərar verəcək

“Hazırda sildenafil tərkibli preparatın istehsalı üçün bütün texnoloji imkanlara malikik. Bununla bağlı 35 farmakoloji substansiyanın 8-i bu istehsalı üzərinə götürə bilər” – deyə nazirlik rəsmisi bildirib.

Fevralın 5-də Hantinqton tibbi mərkəzi Viaqra qəbulunun kişilər arasında ürək-damar problemlərindən erkən ölüm riskini xeyli azaltdığını bildirmişdi.

Rusiyada kişilər “Viaqra”nın yoxa çıxacağı ilə bağlı xəbərlərə sərt reaksiya verib və bunu Rusiyanın faciəsi adlandırıb.

Aygün Musayeva