Rusiya Federasiyasının xalq artisti Nadejda Babkina ikitərəfli ağır pnevmoniya əlamətləri ilə özəl xəstəxanaya qaldırılıb. Onda hələ ki,koronavirus testi açıqlanmayıb.
Medicina.az xəbər verir ki, 70 yaşlı müğənni həkimlərə yaşamaq istədiyini bildirib. Onu süni komaya salıb, süni ventilyasiya aparatına qoşublar.
Mətbuata sızan məlumata görə, xalq artisti hələ aprelin 1-i xəstəxanaya aparılsa da, onun özündən yaşca çox kiçik həyat yoldaşı bunu qohumlarından gizlədib.
O, hətta jurnalistlərə xanımının evdə olduğunu bildirib. Fərziyyələrə görə, yaşlı qadına koronavirusu həyat yoldaşı keçirmiş ola bilər.
Oğlu isə anasının xəstəxanada olduğunu təsdiqləyib. O, deyib ki, anası karantin elan ediləndən evdə olub. Amma onun kimlərlə yaxın ünsiyyətdə olduğunu deyə bilməz. Koronavirus da istisna olunmur.