“2020-ci ildə Rusiya və Azərbaycan mehriban qonşuluq, qarşılıqlı yardım və bərabərlik prinsiplərinə əsaslanaraq “COVID-19” ilə mübarizədə sıx əməkdaşlıq aparıblar”.
Medicina.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Rusiya diplomatik əlaqələrinin 29-cu ildönümü münasibətilə feysbuk səhifəsindəki paylaşımında qeyd olunub.
Bildirilib ki, iki ölkənin səhiyyə nazirləri və digər ixtisaslaşmış strukturların rəhbərləri daim təmasdadır. Rusiya tərəfindən Azərbaycana koronavirus infeksiyasının diaqnozunun qoyulması üçün 12.000 tədqiqat üçün 120 test sistemi verilib. Həmçinin 2020-ci ilin yayında azərbaycanlı həkimlərə kömək üçün Rusiyanın aparıcı tibb mərkəzlərindən mütəxəssis həkim qrupları göndərilib.
Azərbaycan tərəfinin təklifi ilə Rusiyanın əczaçılıq şirkəti “R-Pharm” peyvəndin birgə istehsalının təşkilinə qatılıb. Hazırda Rusiya Birbaşa İnvestisiya Fondu “Sputnik V” peyvəndinin bir hissəsinin Azərbaycana tədarükü məsələsini nəzərdən keçirir