“Yeni Rusiya” dövlət simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru, SSRİ-nin Xalq artısti Yuri Başmetov koronavirusa yoluxub.
Medicina.az xəbər verir ki, məlumatı Rus Konsert Agentliyinin mətbuat xidməti yayıb.
Agentlikdən bildirilib ki, Y.Başmetov hazırda müalicə olunur, özünü yaxşı hiss edir.
Qeyd edək ki, 67 yaşlı dirijor SSRİ və Rusiya Federasiyasının dövlət mükafatlarına, “Qremmi” musiqi müfatına layiq görülüb.