"Təəssüf ki, qorxduğum təsdiqləndi. İndi mən sağlamlığımı seçməliyəm”
Rusiyanın məşhur "Revizoro” verilişindən tanınan, hazırda Birinci Kanalda müəllif layihəsində çalışan Lena Letuçaya bu ildən efirə çıxmır.
Medicina.az xəbər verir ki, Yeni ildən öncə qəfil vəziyyəti pisləşən aparıcı müayinə olunub. Həkimlər ona ürəyin qeyri-stabil stenokardiyası diaqnozu qoyublar. Bu xəstəlik zamanı qətiyyən təyyarə ilə uçmaq olmaz. Verilişi ilə bağlı həftədə 2-3 dəfə uçuş etməli olan Yelena Yeni ildən sonrakı analiz və müalicələrdə həkimlərin ümidverici nəsə deyəcəyini gözləsə də, əksinə oldu.
Diaqnoz təsdiqləndi və aparıcıya ciddi müalicə, sakit rejim təyin olundu. Artıq səhhəti ilə bağlı səfərlərə çıxa bilməyəcəyini anlayan aparıcı sadəcə, studiyada stand-upları deməklə tamaşaçıları aldatmaq istəmədiyi üçün verilişdən tamamilə ayrılmaq qərarına gəlib.
Aparıcı izləyiciləri ilə dərdini bölüşərək bunları yazıb:
" Heç vaxt ağlıma gəlməzdi ki, belə bir status yazacam və belə bir vəziyyətlə üz-üzə qalacam. İndi mən sağlamlığımı seçirəm. Amma siz məni Birinci kanalın ekranından həmişəlik itirmirsiz. Sizin dəstəyinizə çox ehtiyacım var”.